İran prezidentinin müavini Ərdəbil valisi ilə Azərbaycanla əlaqələrin inkişafını müzakirə edib
23.04.2025

İRNA xəbər verir ki, dünən Ərdəbil əyalətinn başçısı Məsud Emami Yeqanə ilə İran prezidentinin müavini Məhəmməd Cəfər Qaempənah arasında keçirilən görüşdə prezident Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfəri müzakirə edilib.

Məlumata görə, görüşdə rəsmilər Azərbaycanla sərhəd əlaqələrinin inkişafı, magistral və xəstəxana layihələri üçün lazım olan resursların təmin edilməsi ilə bağlı məsləhətləşmələr aparıblar.

Habelə Ərdəbil əyaləti ilə Azərbaycan arasında sənaye və iqtisadi mübadilənin genişləndirilməsinə dair təkliflərin irəli sürülməsi və ikitərəfli sazişlərin imzalanması da nəzərdən keçirilib.

visiontv.az