İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmüəzzin Hökumət və Özəl Sektor Dialoqu Şurasının iclasında deyib ki, “qonşu ölkələrlə iqtisadi diplomatiyanın möhkəmləndirilməsi əsas prioritetlərdən biridir”.
Aprelin 27-də İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfər edəcəyini açıqlayan Pirmüəzzin bildirib ki, “birinci addımda gələcək sazişlərə və səfərlərə hazırlıq görüləcək”.
O, Azərbaycanla quru nəqliyyatı üçün Astara və Biləsuvar sərhədlərinin açılmasının vacibliyini vurğulayaraq qeyd edib: “Bu açılış iki ölkəni quru liman şəklində birləşdirən körpünün işə salınması ilə yanaşı, səfər zamanı həllini tapacaq əsas məsələlərdəndir”.
visiontv.az