Türkiyə-İran sərhəddə dayandırılan yük maşınları ilə bağlı İran nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.
"Bu məsələ sırf texniki xarakter daşıyır və heç bir siyasi tərəfi yoxdur. Bu məsələ ilə əsasən nəqliyyat sektoru və yanacaq təchizatı sektoruna məsul qurumlar məşğul olur",- o bildirib.
Bəqayi iki ölkə arasında yaranan nəqliyyat və yükdaşımaları problemnin son bir neçə ayda yarandığını deyib.
"Bu məsələni yaxından müzakirə etmək və danışıqlar aparmaq üçün İrandan Türkiyəyə müvafiq qurumların nümayəndələrindən ibarət bir heyət göndəriləcək",-CİN sözçüsü əlavə edib.
Qeyd edək ki, son həftələr İran-Türkiyə sərhəddində 1000-ə yaxın İran yük maşnı yığılıb qalıb.
Türkiyə tərəfi bunun nəqliyyat və yükdaşımaları, habelə İrana məxsusi nəqliyyat vasitələrinin əlavə yanacaq götürmək qaydalarındakı dəyişikliklərlə bağlı olduğunu bildirib.
İran tərəfi Türkiyənin yük maşınlarına yanacaq vermədiyi üçün, Türkiyə İran yük maşınları çənlərinin hər litrinə görə 28 lirə vergi təyin edib.
visiontv.az