Ermənistan silahlı qüvvələrinin martın 31-də Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasından sonra “Gənc Reportyorlar Klubu” saytı ermənilərin hücumlarını iddia adlandıraraq yazıb:
“Ermənistan hökuməti Bakının iki ölkə arasında atəşkəs rejiminin yaradılması ilə bağlı irəli sürdüyü bütün tələbləri yerinə yetirdikdən sonra Azərbaycan son bir aydır ki, heç bir sübut olmadan Ermənistan sərhədçilərinin Azərbaycan kəndlərini və mövqelərini atəşə tutduğunu iddia edir”.
Bu qərəzli paylaşımın ardından İran mediası əsassız şəkildə iddia edib ki, guya “Ermənistanı ittiham edən Azərbaycan həmin gün Sünik vilayəti istiqamətində atəş açıb və nəticədə bir yaşayış evinə ziyan dəyib”.
visiontv.az
Makron: “Nüvə proqramı ilə yanaşı, Tehranın regional təsirini də müzakirə etmək vacibdir”