2024-cü ildə İranda 972 məhbus edam edilib və bu ötən il dünyada edam cəzalarının 64%-ə bərabərdir.
Bu barədə Beynəlxalq Əfv Təşkilatının bəyanatında deyilib.
"İran hökuməti edam cəzasından etnik və dini azlıqlar və müxaliflərin susdurulması üçün vasitə kimi istifadə edir",- bəyanatda bildirilib.
Beynəlxalq təşkilatın yazdığına görə, 2024-cü ildə dünya üzrə ümumilikdə 1518 nəfər edam edilib və ən çox edam sayı sıra ilə İran, İraq və Səudiyyə Ərəbistanına məxsusdur.
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, ötən il İranda edam edilənlərin sayı 1050 nəfərdir.
visiontv.az