İran mediası: “Tramp Qafqazda sülh imzalanmasını, Azərbaycan isə mina xəritələrini gözləyir”
07.04.2025

SEPAH-a yaxın olan “Tasnim News” qərəzli olaraq yazıb ki, dünən ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Bakıda keçirilən toplantıda ABŞ prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını səbirsizliklə gözlədiyini bildirib.

Sayt yazıb ki, Azərbaycan sülh sazişini yalnız iki ilkin şərt – ATƏT-in Minsk Qrupunun buraxılması və Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi həyata keçirildikdən sonra imzalayacaq.

“Bu “davamlı ilkin şərtlərlə” eyni zamanda, Azərbaycan Ermənistandan minalanmış ərazilərin dəqiq xəritələrini tələb edir. Azərbaycan Ermənistanın verdiyi xəritələrin dəqiqliyinin 25% olmasından narazılığını bildirib”, - deyə, xəbər agentliyi vurğulayıb.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8