“Mashregh News” saytı sosial media fəalı Mohsen Reyhaninin paylaşımına istinadən yazır ki, Azərbaycan Yaxın Şərqdə regional təsirini artıraraq daha ciddi aktora çevrilməkdədir.
Sayt qeyd edir ki, Bakı Suriyanın yeni hökuməti ilə əlaqələri genişləndirməklə yanaşı, İsrail və körfəz ölkələri ilə münasibətləri dərinləşdirərək bölgədəki mövqeyini möhkəmləndirir.
Bildirilib ki, İran-İsrail qarşıdurmasının fonunda Tel-Aviv Azərbaycanın coğrafi mövqeyini daha önəmli hesab edir və əlaqələri gücləndirməyə can atır. Eyni zamanda, Hindistanın Ermənistanla yaxınlaşması fonunda Azərbaycan Pakistanla müdafiə və siyasi əməkdaşlığını genişləndirir.
visiontv.az