“Mashregh News” saytı Azərbaycanın və Taliban hökumətinin Lazurit (Lapid Lazuli) dəhlizini inkişaf etdirməkdə məqsədlərini təhlil edib. Azərbaycan son illərdə beynəlxalq ticarət dəhlizlərinə qoşularaq regiondakı geosiyasi və geoiqtisadi mövqeyini gücləndirməyə çalışır.
Bildirilib ki, Azərbaycan Xəzər dənizi və Türkmənistan vasitəsilə Əfqanıstanla birləşən Lazurit dəhlizinin canlandırılmasında maraqlıdır. Bu kontekstdə Taliban hökumətinin Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradərin rəhbərlik etdiyi nümayəndə heyəti ötən həftə Bakıya səfər edib.
Saytın iddiasına görə, Bakı, Əfqanıstanı Xəzər dənizinə, oradan Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxış imkanı verən dəhliz vasitəsilə yüklərini göndərməyə təşviq etməyə çalışır.
İran mediası bu dəhlizin həm bölgədəki geoiqtisadi balansı dəyişə biləcəyini, həm də Tehranın tranzit əhəmiyyətini zəiflədə biləcəyini qeyd edir...
visiontv.az