İraq və Böyük Britaniyanın baş nazirləri çərşənbə axşamı yaydıqları birgə bəyanatda bildiriblər ki, İraq və Britaniya 14,98 milyard dollarlıq (12,3 milyard funt sterlinq) dəyərində ticarət paketi və ikitərəfli müdafiə sazişi haqqında razılığa gəliblər.
2024-cü ildə ikitərəfli ticarətin ümumi həcminin 10 dəfədən çoxunu nəzərdə tutan saziş İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə Britaniyalı həmkarı Keir Starmer arasında keçirilən görüşdən sonra əldə edilib.
Qeyd edək ki, İraqın baş naziri Yaxın Şərqdə tarixi geosiyasi dəyişikliklər fonunda bazar ertəsi Böyük Britaniyaya rəsmi səfərə başlayıb.
İranın müttəfiqləri HƏMAS-ın Qəzzada alçaldıldığını, Hizbullahın Livanda İsraillə müharibələr zamanı darmadağın edildiyini və Suriyada Bəşər Əsədin devrilməsini göz önünə aldıqda İraq İranın təsiri ilə yenidən münaqişə zonasına çevrilmək istəmir.
visiontv.az