“İran gəmilərini batırın”
19.03.2024

Omanda ABŞ və İran arasında qeyri-rəsmi danışıqlar gedərkən Cümhuriyyətçi senator husilərin Qırmızı Dənizdə həmlələri davam edərsə İran gəmilərinin vurulmasını təklif edib.

Alyaska Ştatının senatoru Don Solivan prezident Baydenə bu barədə məktub ünvanlayıb. 

“İrana çatdırın ki, husilərin növbəti raketi və yaxud PUA-sı ABŞ gəmilərinə sarı tuşlanarsa dəniz qüvvələrimiz tərəfindən layiqli cavab veriləcək” məktubda deyilir.

Xatırladaq ki, Faynaşnal Taymz dərgisi martın 14-ü Amerika və İran nümayəndələrinin Omanın paytaxtı Maskatda gizli və qeyri-rəsmi görüşdükləri barədə xəbər yayıb.

Görüşün məqsədi Tehranın nüfuzundan istifadə edərək Yəməndə yerləşən husi yaraqlılarını Qırmızı Dənizdə gəmilərə etdikləri həmlələrdən çəkindirmək olub.

visiontv.az