İran amerikalı diplomatı öldürməyə çalışıb
14.10.2024

ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli deyib ki, bu ölkənin təhlükəsizlik qurumlarının məlumatına görə, İran son illərdə ona sui-qəsd planlaşdırıb.

Bu barədə o özünün sosial media hesabında yazıb.

"İran höküməti SEPAH-ın Qüds qüvvələrinin öldürülmüş komandiri Qasım Süleymani barədə çıxışlarım və işlətdiyim ifadələrə görə, məni öldürmək üçün pakistanlı şəxsi işə cəlb edib",- Heyli bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Ədliyyə Nazirliyi 46 yaşlı pakistanlı Asif Mərcənti həbs edib.

Nazirlik bildirib ki, o, amerikalı diplomatlara qarşı sui-qəsd planı həyata keçirmək məqsədilə cinayətkarları işə götürüb.

visiontv.az