İnternetin keyfiyyətinə görə İran 97-ci yerdədir
05.08.2025

Son hesablamalara görə, İran internet sürəti, kəsilmə və məhdudiyyətlərə görə dünyanın 100 ölkəsi arasında 97-ci yerdədir. Bu məhdudiyyətlərə baxmayaraq, sorğular İranda Starlink peyk internet istifadəçilərinin artdığını göstərir.

Bu haqda Tehran Elektron Ticarət Assosiasiyasının İnternet və İnfrastruktur Komissiyası sədr müavini Həmidrza Əhmədi məlumat yayıb.

O, İranın internet keyfiyyətinə görə hələ də dünyanın ən pis ölkələri sırasında olduğunu qeyd edib.

Əhmədi ölkədə internetə qoyulan məhdudiyyətlərin 12 günlük İran-İsrail qarşıdurması ilə bağlı olmadığını bildirib:

"İranın internet şəbəkəsində məhdudiyyətlər və kəsintilər müharibədən əvvəl qeydə alınmış və indi də davam edir."

visiontv.az