İnsanlar bir-birindən fərqli qoxuları millisaniyə dəqiqliyi ilə ayırd edə bilərlər.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Çin Elmlər Akademiyasının Psixologiya İnstitutunda bununla bağlı eksperiment aparılıb.
Zhou Uenin rəhbərlik etdiyi bir qrup alim insanın qoxu duyğusunun yavaş işlədiyinə dair geniş yayılmış fikirləri təkzib ediblər.
"Nature Human Behaviour" jurnalında dərc olunan bu tədqiqat onu göstərib ki, insanlar bir nəfəs müddətində qoxu duyğuları vasitəsilə kiçik kimyəvi dəyişiklikləri ayırd edə bilirlər.
Eksperiment üçün həmin qrup qoxuların hiss edilməsini 18 millisaniyə dəqiqliyi ilə aşkar edən unikal bir cihaz hazırlayıblar. Sınaqda iştirakçılardan iki qoxu qarışığını ayırd etmələri istəbilib.
Nəticələr göstərib ki, iştirakçılar artıq 60 millisaniyəlik gecikmə ilə qoxuları ayırd edə biliblər.
Əldə edilən məlumatlara görə, insanlar rəngi qəbul etdiyi tezliklə qoxuları da ayırd edə bilirlər.
Visiontv.az