Hindutva tərəfdarları hesab edirlər ki, Baburilərin 300 illik hakimiyyətinə görə Azərbaycandan qisas almaq lazım
31.03.2024

Axundzadənin "Kəmalü-d-dövlə məktubları"nda şahzadənin atası Övrəngzib yadınızdadırmı?

Hindutva (hindus fanatizmi) tərəfdarları hesab edirlər ki, onun və digər Baburilərin 300 illik hakimiyyətinə görə Azərbaycandan qisas almaq, Ermənistanı daha çox dəstəkləmək lazımdır. Suraxanıdakı Atəşgah isə onların nəzərində hindus məbədidir, guya Baburilər o məbədi dağıtdığı üçün də Hindistandakı türk-müsəlman abidələri də dağıdılmalıdır.

Hərçənd:

1) Baburilər azərbaycanəsilli deyillər, tarixdə etdikləri ya etmədikləri heç bir əmələ görə biz cavabdeh deyilik;

2) Azərbaycanda heç zaman hakimiyyətdə olmayıblar, təbii ki, burda da məbəd dağıda bilməzdilər;

3) Atəşgah hindus yox, zərdüşti məbədi olub ;

4) Ümumən o məbədi hansısa hökmdar dağıtmayıb, neftin sənaye üsulu ilə hasilatına başlandıqdan sonra sıradan çıxıb.

Yəni Hindistanda son 20 ildə yürüdülən antimüsəlman kampaniyası indi açıq antiazərbaycan xarakteri alıb. Həm də bu kampaniya ağ yalan və orta əsr cəhaləti ilə aparılır.

Yerli kanalları izləyə bilmirəm, yenə indeyski seriallar göstərirlərmi?

Cəmaləddin Quliyev

visiontv.az