Qəzzada baş verənlər beynəlxalq hüquq sisteminin işləksiz qalmasının təzahürüdür. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ADF-2024-ün açılış mərasimi zamanı bildirib.
O qeyd edib ki, hazırki dövrdə diplomatiyaya xüsusi ehtiyac var. Onun sözlərinə görə, Qəzzadakı qətliamların olmamasını indi atılacak addımlar təmin edəcək.
Nazir, həmçinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Türkiyə tərəfinin səylər göstərdiyini, danışıqları davam etdirmək üçün hazır oluğunu da vurğulayıb.
visiontv.az