Gənclər maddi ehtiyaca görə bədən orqanlarını satır
28.03.2024

İran mediasında məlumata görə 20 və yuxarı yaşda olan gənclər maddi ehtiyaclarını normal yollarla təmin edə bilməkdiklərinə görə bədən orqanlarını satmağa başlayıblar.

İranın Ticarət Nyuz internet səhifəsi bu barədə yazıb. Bildirilir ki, ən çox satılan orqanlar böyrək və sümük iliyidir.

Məlumata əsasən elanların çoxu böyrək alış-verişinə aiddir. Belə ki, gənclər böyrək satışı iləehtiyacları olan məbləğə daha tez çata bilirlər.

Donorun gənc olması bir üstünlük hesab olunduğuna görə böyrəklərini satanlar elanlarda yaşları və idmanla məşğul olduqlarını qeyd edirlər. Hər bir böyrəyə 300-600 milyon tümən civarında qiymət təyin edilir. 

Orqan satışından məqsəd isə avtomobil almaq, mənzil kirayələmək və ya ala bilməkdir. 

Misal üçün Səid adında 20 yaşlı gənc Ticarət Nyuza bildirib ki, illik mənzil kiyarəsini təmin edə bilmək üçün böyrəyini 350 milyon tümənə satmaq istəyir. 

visiontv.az