“Bakcell” şirkəti ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında əldə edilmiş razılığa əsasən, Bakcell “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi tərəfdaşı olub.
Bu razılaşma çərçivəsində “Formula 1” yarışlarındakı Azneft tribunası “Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət və əyləncə zonasında azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcək.
Yarış ərzində trek ətrafında yerləşən ictimai məkanlarda Azərbaycan Qran Prisinin tamaşaçılarına “Bakcell”in məhsul və xidmətləri təklif olunacaq.
Xatırladaq ki, 2019-cu ildə Bakcell “Formula 1 Azərbaycan Qran Prisi”nin ilk rəsmi tərəfdaşı olub.
“NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell Azərbaycanda VoLTE və eSIM texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində 5G-nin sınaq tətbiqini elan edib. Bakcell şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.
Visiontv.az