Fələstin dövlət başçısı Mahmud Abbas Həması təhqir edərək "it uşaqları" deyib. Əbu Mazinin sözlərindən belə çıxıb ki, Həmas girovları azad etmədiyi üçün İsrail Qəzzanı bombalayır.
İordan çayının qərb sahilində keçirilən toplantıda çıxış edən Fələstin prezidenti Mahmud Abbas qəzəbli tonda bildirib: “İt uşaqları HƏMAS... Əlinizdə olan girovları azad edin və bu iş bitsin. İsrailin bəhanələrini də aradan qaldırın!” Bununla yanaşı Fələstin muxtariyyətinin rəhbəri Abbas HƏMAS-ı tərksilah olunmağa və İsraillə müharibəyə son qoymaq üçün Qəzzaya nəzarəti təhvil verməyə çağırıb və bildirib ki, Həmas İsrailə Qəzzaya hücum etmək üçün bəhanə verir.
Və əlbəttə, onun bu çıxışı çox müzakirə və tənqidə səbəb olub.
Mahmud Abbas ümumiyyətlə, söyüşə meyilli adamdır. Ola bilsin yaşlilıqla bağlıdır.
Mahmud Abbas bir dəfə 2018-ci ildə "it oğlu" söyüşü söymüşdü. O zaman ABŞ-ın İsraildəki səfiri David Friedman yəhudi məskənlərini İsrail ərazisi adlandırmasına cavab olaraq Abbas əmi Friedmana xitabən "it oğlu" demişdi.
O zaman bu söhbət geniş yayılsa da, ciddi mübahisə və müzakirə olmadı.
indi isə Mahmud Abbas özününküləri söyür. Yaşlı adamların belə hərəkətlərinə adətən "xərifləyib" deyirlər. Amma Həmasa bu hücum həm də Fələstinin taleyi baxımından faciəvi vəziyyətdir. Çünki belə görünür ki, fələstin növbəti dəfə içəridən parçalanır və bu onu geriyə atacaq.
Kənan Rövşənoğlu
visiontv.az