Ərdoğan Trampla nələri müzakirə etdi?
18.03.2025

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Amerika prezidenti Donald Trump arasında 16 mart tarixində baş tutan telefon danışığının detalları açıqlandı.

Visiontv.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi sosial medya hesabından paylaşılan məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə Amerika arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan telefon danışığı zamanı Türkiyə və Amerikanın iki müttəfiq olaraq yeni dövrdə əməkdaşlığın həmrəylik, nəticə yönümlü və səmimi şəkildə inkişaf etdirəcəyinə tam inandığını bildirib.

Türkiyə ilə Amerika arasında məsləhətləşmələrin artırılmasını zəruri etdiyini bildirən Ərdoğan, Amerika prezidenti Trampın Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq üçün atdığı qətiyyətli və birbaşa təşəbbüs addımlarını dəstəklədiyini, Türkiyənin müharibənin ilk günlərindən bəri ədalətli və davamlı sülh üçün səy göstərdiyini və bundan sonra da çalışacağını bildirib.

Ərdoğan Suriyada sabitliyin bərpası, yeni administrasiyanın fəaliyyət göstərməsi və normallaşma üçün Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasına birgə töhfə vermələrinin vacib olduğunu və bunun suriyalıların vətənlərinə qayıtmasına imkan yaradacağını qeyd edib.

Prezident Ərdoğan Amerikadan yeni dövrdə Türkiyənin maraqlarını nəzərə alan bir anlayışla terrorla mübarizə ilə bağlı addımların gözlənildiyini, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün "CAATSA" sanksiyalarına son qoyulmasının, F-16 tədarükü prosesinin yekunlaşdırılmasının və Türkiyənin F-35 proqramında yenidən iştirakının yekunlaşdırılmasının zəruri olduğunu bildirib.



Gündəlik

slide 7 to 10 of 8