Ərdəbilli mədəni fəal Ramin Şahəndə Ərdəbil şəhərinin bələdiyyə başçısı Mahmud Səfərinin şikayəti əsasında 6 ay həbs və 10 milyon tümən cərimə cəzasına məhkum edilib.
Bu barədə insan haqları fəalları məlumat yayıb.
Ramin Şahəndə bələdiyyənin Azərbaycanın tarixi əsərlərinə laqeydliyi, Ərdəbil şəhərinin yaşıllıqlarının dağıdılması, şəhər infrastrukturunun bərbad vəziyyətdə olması barədəki paylaşımlarına görə cəzalandırlıb.
Bununla yanaşı azərbaycanlı fəalın 2 il müddətinə sosial mediada fəaliyyətinə qadağa qoyulub.
"Barəmdə çıxarılan məhkəmə qərarı siyasi xarakterlidir. Bu qərarın mənim və xalqımız üçün jeç bir əhəmiyyəti yoxdur, mən sadəcə həqiqətləri yazmışam və buna görə cəzalandırılıram",- Ramin Şahəndə sonuncu paylaşımında qeyd edib.
visiontv.az