Elnur Soltanov: “COP29 çərçivəsində etimad mühitinin yaradılması vacibdir”
10.05.2024

“Hazırda qalıq yanacaqların istifadəsi və ya ondan imtinası ilə bağlı geniş müzakirələr gedir”.

Bu sözləri energetika nazirinin müavini, COP29  Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov  ADA Universitetində “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda keçirilən tədbirdə deyib.

“Bizim əsas vəzifəmiz COP29 çərçivəsində etimad mühiti yaratmaq və bununla da iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. Bu, bizim üçün çox vacibdir və uğurlu nəticələr gözləyirik”, - deyə Elnur Soltanov bildirib.

Qeyd edək ki, bu ilin noyabrında  Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

visiontv.az