Şərqi Azərbaycan əyalətinin Əcəbşer şəhərindən olan jurnalist və media fəalı Hüseyn Cəfərian barəsində həbs qərarı çıxarılıb.
Bu barədə insan haqları fəalları məlumat yayıb.
Bildirilib ki, Əcəbşer İkinci Cəza Məhkəməsi Cəfərianı "kiberməkanda yalan məlumatlar yaymaq"da günahlandırıb.
Buna görə də, azərbaycanlı jurnalist 13 ay 16 gün azadlıqdan məhrum edilib.
İran radio və televizyasının yerli müxbiri olan Hüseyn Cəfərian həm də, "Əcəbşer mədəniyyəti" sosial media kanalının adminidir.
O, bundan əvvəl SEPAH-a bağlı "Fars" xəbər agentliyində də çalışıb.
Qeyd edək ki, cari ilin mart ayından avqustun sonuna kimi olan hesabata əsasən İranda ümumilikdə 181 jurnalist və media qurumuna qarşı iş açılıb.
Həmin müddət ərzində azı 34 jurnalist və media fəalı saxlanılıb və ya cəzalarını çəkmək üçün həbsxanaya göndərilib.
visiontv.az