Danışıqlardan sonra ABŞ Ukraynanın dövlət borcunu azaltmağa razılaşıb
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg“ nəşri yazıb.
Bununla belə, rəsmi Vaşinqton hələ də Ukraynanın malik olduğu aktivlər, habelə faydalı qazıntıların hasilatı və infrastruktur layihələrindən əldə edilən gəlirlə bağlı razılaşmanın imzalanmasında israr edir.
ABŞ-ın təklifinə əsasən, yaradılacaq xüsusi fonda yönəldiləcək bu vəsait sonradan Ukraynanın bərpasında istifadə olunacaq.
Xatırladaq ki, rəsmi Kiyev sözügedən məbləğin hərbi yardım olaraq rəsmiləşdirilməsini istəyir.