Çin hərbiçiləri Ukraynada əsir götürülüb: Zeleski Pekindən izahat tələb etdi
Çin hərbiçiləri Ukraynada əsir götürülüb: Zeleski Pekindən izahat tələb etdi
10.04.2025 Məhəmməd Əsədullazadə Tərəfindən

Ukrayna Donetskdə iki Çin hərbiçisini əsir götürüb. Bu yeni skandala gətirib çıxaracaq. Bununla sübut olunur ki, rəsmi Pekin Qərblə strateji savaşda Moskva ilə eyni cəbhədə döyüşür. Ukrayna prezidenti V. Zeleski Çindən izahat tələb edəcəklərini elan etdi.

ABŞ prezidenti D. Tramp Rusiya ilə aparılan danışıqlarda atəşkəsə nail olmağa çalışır. Amma, Moskva Pekini də yanına alıb, Ukrayna ərazisində müharibəni genişləndirir. Göründüyü kimi, Çin müharibənin bitməsində maraqlı deyil.

Şimali Koreya Kurskda hərbi əməliyyatlarda iştirak edir. Amma, Çinin Ukrayna ərazisində hərbi əməliyyatlarda birbaşa iştirakı sübut olunur. Rusiyanın hərbi texnologiya ilə təmin edilməsində də Çin əvəzsiz rol oynayır.

Çinin müharibədə iştirakı Avropa ölkələrinin Ukraynaya ordu yeritməsinə gətirib çıxara bilər. Ukraynada müharibə təkcə Rusiya -Ukrayna müharibəsi deyil, birbaşa Qərb -Rusiya və Çin arasında müharibədir. Geopolitik müharibə olaraq yeni dünya siyasi nizamının formalaşmasına gətirib çıxaracaq. Rusiya və Çin tandemi Qərbin 70 ildən artıq qurduğu təhlükəsizlik sisteminə zərbə vurub.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az