Əbəs yerə deyil ki, çinlilər öz submilli əlaqələr siyasətinin bir hissəsi olaraq uzun illər Kaliforniya qubernatoru Gavin Newsomu qidalandırırlar.
Gavin Newsom, digər hökumətləri Trampın bu həftə elan etdiyi tariflərə cavab olaraq Kaliforniya istehsalı olan malları hər hansı hərəkətlərdən kənarlaşdırmağa çağırıb.
"Donald Trampın tarifləri bütün amerikalıların, xüsusən də mənim burada təmsil etdiyim dünyanın beşinci iqtisadiyyatı olan Kaliforniyada təmsil olunanların maraqlarını əks etdirmir. Kaliforniya sabit ticarət tərəfdaşıdır və ümid edirik ki, Kaliforniya istehsalı olan məhsulları nəzərdən keçirərkən bunu nəzərə alacaqsınız."
Eyni zamanda, belə qarşılıqlı əlaqə üçün hətta xüsusi bir termin var: bir dövlətin xarici siyasəti başqa bir ölkənin mərkəzi hökuməti ilə deyil, onun inzibati əraziləri ilə qurulduqda “submilli münasibətlər” və ya paradiplomatiya adlanır. Çin isə bu işdə çox yaxşıdır. Belə submilli əlaqələrin parlaq nümunəsi Kaliforniya qubernatoru Newsomun keçən il Pekinə səfəri oldu. ABŞ və Çin administrasiyaları arasında münasibətlər ən aşağı səviyyədə idi. Siyasi və iqtisadi qarşıdurma pik həddində idi. Lakin Newsom isə Si Cinpinlə əl sıxşır, Çini tərifləyir və əməkdaşlığı inkişaf etdirmək istəyirdi. Paradoks? Xeyr. Qubernator öz əyalətinin seçiciləri haqqında düşünməlidir, daha çox iş yeri yaratmaq üçün Çin investisiyasına ehtiyacı var. Yerli məsələlər onun üçün Ağ Evdəki xarici siyasət intriqalarından daha vacibdir.
Newsom həm də Vaşinqtonda müəyyən təsirə malik siyasi xadimdir. Beləliklə, Si dolayı olsa da, Trump üzərində rıçaq qazanır.
Pekinin bu cür rıçaqları nə qədər çox olarsa, Amerika siyasətində bir o qədər də nüfuz qazanır. Buna görə də çinlilər yerli Amerika siyasətçiləri, iş adamları və mədəniyyət xadimlərini Çinə dəvət etməkdən, onlar üçün dəbdəbəli görüşlər təşkil etməkdən çəkinmirlər.
Pərviz Əliyev
visiontv.az