"Çiban" olacaq və böyüyəcək, ondan "Amerika da, Avropa da, Əcəm (İran) də" istifadə edəcək...
08.01.2025

L. Ter-Petrosyanın məlum çıxışında özlərinin 600 illik milli düşüncələrindən, məqsəddən, hədəfdən və arzularından bəhs edir. 2000 il dövləti olmayan bir xalq üçün nə qədər uzun bir müddətdir elə deyilmi?

Bu hələ bizim Ermənistanda ən liberal, söhbətediləcək, praqmatik, dünyagörmüş, intellektual hesab etdiyimiz birinin dilindən səslənən fikirlərdir. Belə bir anlayış var elmi ədəbiyyatlarda strateji mədəniyyət. Strateji mədəniyyətin nüvəsi isə bir xalqın gələcəklə bağlı düşüncələridir. Tarixə mübtəla düşüncədi, çox nadir xalqlar bu günə və gələcəyə mübtəla düşüncəyə malikdi. Erməni xalqının strateji mədəniyyətində isə "600 illik milli ideya və mübarizə" hekayəsi və ya mifi var. Bu hekayə itməyib, gələcəkdə özləri itirmək istəsələr də itirməyə qoymayanlar çox olacaq. Bizim isə belə hekayə qurmamağımız üçün əksinə çalışanlar çox olub, var və çox olacaq. Erməni dövlətinin yaradılmasının vaxtilə əleyhinə olan rəhmətlik Tələt paşa onu yaratmaqla "erməni probleminin" həll ediləcəyinə sadəlövhcəsinə inananlara yazışmalarda uzaqgörən formada deyirdi ki, etməyin çünki, bu "çiban" olacaq və böyüyəcək, ondan "Amerika da, Avropa da, Əcəm (İran) də" istifadə edəcək...

Fuad Çıraqov

visiontv.az