Cənub Qaz Dəhlizi (3 müxtəlif qaz kəmərinin ardıcıllıqla birləşməsindən yaranan infrastruktur) Azərbaycana nə verdi?
Əgər onun çəkilməsi təşəbbüsünü Azərbaycan tərəfdaşları ilə birgə üzərinə götürməsəydi çox güman ki, indiyə qədər "Şahdəniz-2" layihəsi üzrə qazı çıxartmaq mümkün olmayacaqdı. Çünki "Şahdəniz"in böyük qazı (illik 16 mlrd m3-dan çox) tam onun vasitəsi ilə bazarlara çıxarılır və həmin həcmin 65%-dən çoxu Avropa bazarlarında satılır.
CQD həmçinin "Abşeron" yatağının növbəti mərhələsinin (ildə 5 mlrd m3-dək) işlənməsinə də yol açır.
Nəticədə, yerin 7 min metr dərinliklərində toplanmış bir təbii sərvətin KAPİTALA çevrilməsini gerçəkləşdirmək mümkün olur.
İlham Şaban
visiontv.az