Casusluq üçün İrandan külli miqdarda pul alan İsrail vətəndaşı həbs edilib
25.03.2025

İsrailin Daxili Təhlükəsizlik Xidməti (Şinbet) və ölkə polisi 65 yaşlı Eduard Yosefov adlı İsrail vətəndaşını İrana casusluq ittihamı ilə həbs etdiklərini açıqlayıb.

Məlumata görə, israilli casus İranın kəşfiyyat orqanlarının göstərişi ilə və on minlərlə dollar müqabilində missiyalar həyata keçirib.

Qeyd olunub ki, saxlanılan şəxs İsraildə həssas obyektlərin, eləcə də qurğuların görüntülərini çəkib. Onun hədəfləri İsrail ordusunun hərbi bazaları, Hayfa limanı, Hayfa neft emalı zavodları və Negev səhrasındakı Dimona Nüvə Araşdırmaları Mərkəzi olub.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8