Bu gün Türkiyənin Çanaqqala zəfərinin 110-cu ildönümüdür.
Birinci Dünya müharibəsində "Üçlər İttifaq" tərəfində döyüşə girən Osmanlı imperiyası Çanaqqala cəbhəsində mübarizə aparıb.
Türkiyə tarixinin dönüş nöqtələrindən biri olan Çanaqqala müharibəsi 19 fevral 1915-ci ildə Çanaqqala boğazında (Dardanel) dəniz döyüşü ilə başlayıb. 325 gün davam edən döyüşlər 1916-cı il yanvarın 9-da türk ordusunun qələbəsi ilə başa çatdı.
1915-ci il martın 18-də Çanaqqalada əldə edilən dəniz zəfəri Türkiyənin gələcəyi üçün dönüş nöqtəsi olub.
Qeyd edək ki, Osmanlı arxivlərində Qafqaz cəbhəsindən Çanaqqala döyüşündə vuruşan Azərbaycan könüllüləri ilə bağlı bir çox sənədlər var.
BAKU.WS