Bu memorandum Türkiyənin diplomatik qələbəsidir – Ərdoğan - VİDEO
Videonu Aç
Bu memorandum Türkiyənin diplomatik qələbəsidir – Ərdoğan - VİDEO
01.07.2022 MEDİA Tərəfindən

"İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri kontekstində baş verənlər Türkiyənin terrorla bağlı qırmızı xətlərini ortaya qoydu. Bu memorandum Türkiyənin diplomatik qələbəsidir."

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun Dövlət və Hökumət Başçıları Zirvəsinin keçirildiyi “İFEMA” Konqres Mərkəzində mətbuat konfransı keçirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

NATO tarixinin ən mühüm zirvə toplantılarından birini uğurla başa vurduqlarını deyən prezident Ərdoğan, zirvənin müttəfiqlərin mövcud meydan oxumaları qarşısında birlik və həmrəylik anlayışının təsdiqlənməsinə mühüm töhfə verdiyini qeyd edib. 

Ərdoğan həmçinin NATO baş katibi Yens Stoltenberqə və komandasına sammitin uğuru üçün göstərdikləri səylərə görə təşəkkür edib. 

İlahə Əliyeva