​​​​​​​Britaniya səfiri Naxçıvana səfər edib
28.04.2024

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld Naxçıvan Muxtar Respublikasına səfər edib.

APA-nın  Naxçıvan bürosu xəbər verir ki, səfir bununla bağı öz rəsmi "X" hesabında paylaşım edib.

Paylaşımlarda Batabat göllərindən, Əshabi-Kəhf ziyarətgahından, Qarabağlar Türbə Kompleksindən, "Duzdağ" fizioterapiya mərkəzindən və Əlincə qaladan fotolar yer alıb.

visiontv.az