Biz təkmilləşdirilmiş məntiqi imkanlara malik Grok 3.5-dən istifadə edəcəyik
24.06.2025

İlon Mask: Grok 3.5 süni intellekt modeli bəşəriyyətin “biliklər məcmuəsini” yenidən yazacaq və oradan səhvləri çıxaracaq

“Biz təkmilləşdirilmiş məntiqi imkanlara malik Grok 3.5-dən (bəlkə də ona 4 demək olar) istifadə edəcəyik ki, bəşəriyyətin bütün biliklər məcmuəsini yenidən yazaq — çatışmayan məlumatları əlavə edib, səhvləri aradan qaldıraq.

Sonra bu əsasında modeli yenidən öyrədəcəyik.

İstənilən əsas modeldə, təsdiqlənməmiş məlumatlarla öyrədildiyi üçün, çoxlu tullantı var”, — milyarder X sosial şəbəkəsində yazıb.

visiontv.az