Türkiyə-Azərbaycan tarixi qardaşlığının yenidən formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu var.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.
Türkiyə səfiri bildirib ki, Heydər Əliyev Azərbaycanın inkişafı üçün böyük töhfələr verib: “Bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir”.
Birol Akgün qeyd edib ki, “Bir millət, iki dövlət” şüarını dilə gətirən və bizə miras qoyan Heydər Əliyevdir.