Azərbaycanda mənzillər 14%-dən çox bahalaşıb
15.04.2025

2025-ci ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2024-cü ilin I rübünə nisbətən 14.4% bahalaşıb.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin I rübündə əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 12.9%, təkrar mənzil bazarında isə 14.4% artıb.

Qeyd edək ki, cari ilin I rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 4.4%, o cümlədən ilkin mənzil bazarı üzrə 2%, təkrar mənzil bazarı üzrə 4.5% artıb.

Visiontv.az



Gündəlik

slide 7 to 10 of 8