Azərbaycanda geniş vüsət almış göz rənginin dəyişdirilməsi - Keratopiqmentasiya əməliyyatı...
13.10.2024

Son zamanlar Azərbaycanda geniş vüsət almış, göz rənginin dəyişdirilməsi üçün istifadə edilən Keratopiqmentasiya və yaxud sadə dillə desək buynuz qişa "tatu"lanması səbəb olduğu uzun və yaxın dövr yan təsirləri səbəbindən dünya tibb təcrübəsində plastik-estetik məqsədlər üçün qətiyyən istifadə edilmir.

Normalda şəffaf olan buynuz qişanın böyük hissəsi "tatu"landığı üçün görmə sahəsinin daralması bu prosedurun səbəb olduğu ən təhlükəli yan təsirlərdəndir. Bundan əlavə bəbək böyüməsinin süni şəkildə blokada olunması gecə görmə qabiliyyətini kəskin şəkildə azaldır. Sadəcə bu iki yan təsir bu proseduru keçirmiş şəxslərin nəqliyyat vasitələrini idarə etmə qabiliyyətini sual altına qoyur. Nəzərə almaq lazımdır ki, bu həyat üçün təhlükəli qəzaların baş verməsinə səbəb ola bilər, bu əməliyyatı keçirmiş şəxslərin təkrar tibbi yoxlanılması vacibdir.

Uzun müddətli yan təsirləri isə özündə korluğa qədər gedə biləcək ağırlaşmaları ehtiva edir.

visiontv.az