Azərbaycan və Avropanın mədəniyyət paytaxtları - ƏMƏDAŞLIQ DƏRİNLƏŞƏCƏK
30.09.2022

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Avropanın mədəniyyət paytaxtı, Macarıstan Veszprem şəhəri ilə əməkdaşlığı dərinləşdirəcək.

Visiontv.az Report.az saytına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov tviter hesabında yazıb.

“Mondiacult2022” çərçivəsində Macarıstanın mədəniyyət üzrə dövlət katibi cənab Peter Hoppall ilə görüşdən və ikitərəfli mədəniyyət gündəliyimizi müzakirə etməkdən çox məmnunam. Türk Dünyasının paytaxtı Şuşa və Avropanın mədəniyyət paytaxtı Veszprem arasında əməkdaşlığın dərinləşdirilməsini razılaşdırdıq”, - nazir qeyd edib.

Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün türk dünyasının paytaxtı elan edilib. Eyni zamanda Macarıstanın Veszprem şəhəri də Aİ tərəfindən Avropanın mədəniyyət paytaxtı elan edilib.