Azərbaycan, səni sevirəm! - Ramil Quliyev
04.08.2021

“Bütün yarışlar çox yaxşı gedir. Hər şey vaxtında olur. Burada şərait çox yaxşıdır. Olimpiya Kəndində təşkilatçılıq yüksək səviyyədədir”.

Visiontv.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev deyib.

200 m məsafəyə qaçışda finala vəsiqə qazana bilməyən 31 yaşlı idmançı Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə açıqlamasında məqsədlərinin 2024-cü ildə Fransada keçiriləcək Olimpiadaya hazırlaşmaq olacağını söyləyib: Olimpiada ilə yarışlarımız yekunlaşmır. Türkiyədə klubların yarışları olacaq. Qarşıdakı illərlə bağlı daha bir hədəfimiz var - Paris-2024 Yay Olimpiya Oyunları. Bütün idmançılarımıza ən yaxşı nəticələrini göstərməyi arzu edirəm”.

Quliyev sonda Azərbaycana salam göndərməyi də unutmayıb: “Salam, Azərbaycan, səni sevirəm!”

Qeyd edək ki, Olimpiadanın yarımfinal mərhələsində finişə 6-cı yerdə çatan Ramil Quliyev finala yüksələ bilməyib.