Bir qayda olaraq Azərbaycanın zəngin mədəni irsini onun hüdudlarından kənarda da təbliğ etmək bizim üçün şərəf işi, vəzifə borcumuz olub. Bu baxımdan qardaş ölkələrdə hər şey öz axarıyla gedir. Amma bizi, həqiqətlərimizi çətin qavrayan ölkələr də az deyil. O zaman biz əvvəlcə ordakı soydaşlarımıza üz tutar, faydali fəaliyyətimizi təmin etmək üçün münbit şərait axtararıq. Hollandiyadakı abu havanı dəyərləndirmək üçün axtarışlarımız zamanı rastlaşdığımız bir faktdan da çox qürurlandıq. Düzü biz siyasət məsələlərinə qarışmasaq da bizim də öz siyasətimiz var. Azərbaycan mədəniyyətini dünya insanlarına tanıtmaq. Lakin Azərbaycanın haqq səsini bizdən uzaq ölkələrdə ucaldan hər kəs bizim üçün çox əziz və doğmadır. Odur ki, sənətkarlıqdan əlavə, həm də müstəqil jurnalist kimi sizi də Hollandiyalı, çox uğurlu, fədakar, gənc siyasətçimizlə tanış etməyə qərar verdim. Azərbaycan əsilli, Hollandiyalı gənc siyasətçi Həcər Karamanı sizə yaxından tanıtmaq üçün onunla olan müsahibəni təqdim edirəm.
- Həcər xanım, necə oldu ki, belə gənc yaşınızda siyasətə gəldiniz?
- Mən uşaqlıq illərimdən çox fəal olmuşam, bütün mümkün platformalarda,müxtəlif tədbirlərdə, debatlarda iştirak etmişəm, müxtəlif debatların qalibi olmuşam. .Eyni zamanda ətrafda baş verənlərlə bağlı öz baxışımı ifadə etmək amacıyla jurnalistikaya da baş vurub,xüsusi videoreportajlar hazırlayırdım. Uğurlar,o debatlardakı qələbələr məni müşayət erdikcə mənə olan etimadı, bu etimaddan doğan məsuliyyətin çəkisini gözəl dərk edirdim. Odur ki, hələ 17 yaşımda özümü cəmiyyətə xidmətə həsr etmək, xalqın rifahına töhvə vermək naminə çalışmalarımı dərinləşdirmək naminə PvdA Gənc Sosialistlər Partiyasının üzvü olmağa qərar verdim. Artıq 10 ilə yaxındır ki, Hollandiyanın bu nüfuzlu partiyasında siyasi fəaliyyətlə məşğulam. 2019-cu ildə isə Amsterdam və Şimali Hollandiyanın əyalət şurası üzvlüyünə namizəd ölmuşam. Namizədliyimi də ölkənin keçmiş baş nazirinin müavini olmuş və PvdA Partiyasının lideri Lodewijk Asscher şəxşən dəstəkləmişdi.
- Azərbaycan həqiqətlərini bu cür qürbət ölkələrdə yaymaq heç də asan olan iş deyil. Özünüzdə bu gücü hardan tapdınız, necə qərar verdiniz bu işə?
- Ailəm uşaqlıqdan məni vətənpərvərlik ruhunda tərbiyə edib, böyüdüb. Gözümü açandan, ağlım kəsəndən evimizdə Ulu Öndərimiz Heydər Əliyevə olan xüsusi sevginin, rəgbətin şahidi olmuşam. Rəhmətlik nənəm isə ona yönəlik öz dualarıyla, onun xalqı üçün etdiklərini, söylədiklərini mənə anlatmaqla bir baba kimi sevdirib.Sonralar isə onun siyasəti, əməlləri mənim üçün bir işıq, bir məktəb oldu.Onun gənclərə yönəlik bütün tövsiyyələri, nəsihətləri, harda olmağımdan asılı olmayaraq düşüncələrimdə, çalışmalarımda məni müşayət edib. 2020-ci ilin iyun ayında mən Amsterdam və Şimali Hollandiya Gənc Sosialistlərinin prezidenti seçildim.Sentyabrda işə başladım, az sonra 44 günlük Vətən Müharibəsi başladı. O andan mən Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı özümə borc bildim. O zaman istər partiya daxilində, istərsə də digər platformalarda çoxlu debatlara qatılmalı olurdum. Bu və digər yollarla yalan xəbərlərə, dezinformasiyaya qarşı mübarizə aparırdım. Bu arada partiya daxilində bir çox anti-Azərbaycan qətnamələrinin qəbul edilməsinin qarşısını ala bildim. Eyni zamanda Qarabağ məsələsindəki haqq mübarizəmizin, Xocalı soyqırımının tanınması və minalar problemi məsələlərini gündəmə gətirməyi bacardım. Bu asan başa gəlmirdi. 44 günlük Vətən Müharibəsi dövründə də, ondan sonra da apardığım bu mübarizədə mən təkbaşına hərəkət etməli olurdum. Həm pariya daxilində, həm də kənardan ermənilərin çox ciddi təzyiqləri, təqibləriylə üzləşməli olurdum.
- Nəticələr sizi nə dərəcədə qane etdi?
- Mən bu suala cavab verməzdən əvvəl qısa şəkildə gördüyümüz işlərdən danışmaq istərdim. 2021-ci ildə PvdA Amsterdam və Şimali Hollandiya gənclər təşkilatının prezidenti kimi "Unudulmuş Xocalı" adlı bir qətnamə hazırladım .Çoxlu ermənilərin üzvü olduğu partiyada bu addımı atmaq risqli olsa da mən bunu etdim. Təbii ki, o zaman mənə qarşı ən müxtəlif səviyyələrdə cəbhələr açıldı. Çünki haqq işimizə görə böyük narahatçılıq başlamışdı."Unudulmuş Xocalı'' qətnaməsini hazırlayıb PvdA partiyasına təqdim etdikdən sonra, Ermənistanın Niderlanddakı səfiri bu haqda xəbər tutaraq partiya üzvlərindən görüş tələb edib və mənə təzyiq göstərməyə başladı.O, bir neçə dəfə Partiya vasitəsilə mənimlə görüşməyi təklif edib, amma mən imtina etdim. Bu onu göstərir ki, bu, Ermənistan dövlətində narahatlıq yaradıb və bu həqiqəti dediğimizin sübutu dur.
Ailəmlə birgə həm Xocalı məsələsini,həm də digər Azərbaycan həqiqətlərini insanlara anlatmaq üçün öz gücümüzlə diqqət çəkən yerlərdə bir sıra aksiyalar keçirdik.
Həmin ilin 19 oktyabrında yenə də şəxsi səylərim sayəsində Azərbaycanın Niderlanddakı səfirliyində Gənc PvdA partiyasının 10 nəfərlik nümayəndə heyətilə görüşünü təşkil etdim.
2020-ci ildən Hollandiyanın rəsmi Poçt şirkəti ilə"Azərbaycan inciləri" adlı layihə çərçivəsində xüsusi markalar buraxılmağa başlandı. 2021-ci ilin aprel ayında anamla birgə məhşur Dam meydanında "Azərbaycanı minalardan azad edin" adlı nümayişkaranə helikopter uçuşunun baş tutmasına nail olduq. Azərbaycan adının hamının başı üzərində, göylərdə görsənməsinə nail olmaq ailəmizə çox çətinliklə başa gəldi. . 2022-ci ildə Hollandiyanın Bələdiyyə Müşavirliyinə namizəd seçildim. 2022-ci ildə Hollandiyada "Xocalıya ədalət" yazısı olan köynəklər buraxdıq. 2022-ci ildə mənim və ailəmin səyləri nəticəsində Apopo təşkilatı(Qəhrəman siçovullar) Qarabağın minalardan təmizlənilməsində Azərbaycana yardım etməyə razılıq verdi. Biz Apopo təşkilatı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi arasında əlaqə yaratdıq. 2022-ci ildə sentyabrın 16-dan 24-dək Niderlandda keşirilən illik Sülh Həftəsi çərçivəsində, Utrextdəki Dom meydanında "Biz sülh istəyirik! "," Ermənistan, sülh müqaviləsini imzala" şüarlarını nümayiş etdirərək aksiya keçirmişəm. Məqsəd təcavüzkar, qəsbkar Ermənistandan fərqli olaraq Azərbaycanın sülh və barış tərəfdarı olduğunu yerli ictimaiyyətə çatdırmaq idi. 2022-23cü illərdə Amsterdam və Şimali Hollandiya Sosialist Partiyasının İdarə Heyətinin səkkiz üzvündən biri seçildim. 2024-cü ildə Dam meydanında çoxlu sayda insanın iştirak etdiyi, Xocalı soyqırımını əks etdirən, yarımçıq qalan arzuları əks etdirən, yüzlərlə cüt ayaqqabı və ürək formalı şarlarla böyük bir aksiya təşkil etdim. Xocalı həqiqətlərini insanlara çatdıra bilən bu aksiya 1 həftə davam etdi. 2025-ci ildə Beynəlxalq Məhkəmənin sədrinə, Xocalı soyqırımı ilə bağlı məlumatları, bu soyqırıma həsr etdiyimiz açıqça ilə göndərdim.Bütün bunlar fəaliyyətimizin nəticələridir və nəticələrdən razı qaldıq.
- Azərbaycanla bağlı hansı gələcək planlarınız var?
- Azərbaycanla bağlı planlarımız çoxdur əslində. Düzü indi onların hamısını buradan səsləndirmək istəmirəm. Lakin müyyən məsələləri məmnuniyyətlə oxucularımızla bölüşərəm:Prezidentimiz Ali Baş Komandan olaraq Qarabağımızı işğalçılardan tamamilə azad etdi. Suverenliyimizi tamamilə bərpa etdi. Mən özüm də bir tərəfdən əslən Qarabağlıyam və ana yurdumda daha faydalı işlər görmək, dövlətimizə dəstək olmaq üçün müxtəlif layihələr üzərində işləyirik. Bunlardan biri də mina problemlərinə aiddir. Əgər Azərbaycan tərəfindən bizə uyğun dəstək olarsa layihəmizi çox uğurla həyata keçirə bilərik. Tam əminəm bu layihə ölkəmiz üçün çox faydalı nəticələr əldə olunmasına dəstək olar. Bir şeyi də qeyd etmək istəyirəm ki, bu layihənin işində çox tanınmış bir şəxs də iştirak edəcəkdir.
- Ümumiyyətlə, böyük siyasətdə hədəfiniz nədir?
- Məqsədim hamının rifahını təmin edəcək davamlı və ədalətli dünya nizamına nail olmaqdır. Bura daxildir:
Sülh və təhlükəsizlik:Münaqişələrin baş vermə ehtimalının azaldılması, müharibələrin qarşısının alınması, beynəlxalq münasibətlərdə sabitliyin təmin edilməsi.
İqtisadi inkişaf: Yoxsulluğun azaldılması, iş yerlərinin yaradılması, resursların ədalətli bölüşdürülməsi.
Sosial inkişaf: Təhsilə, səhiyyəyə, mənzilə, sosial müdafiəyə çıxışın təmin edilməsi.
Davamlı inkişaf: Ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə mübarizə, resurslardan səmərəli istifadə. İnsan hüquqlarına hörmət: Hamı üçün əsas hüquq və azadlıqlara hörmətin təmin edilməsi.
Beynəlxalq əməkdaşlıq:Ümumi problemləri həll etmək üçün qlobal tərəfdaşlığın inkişafı.
Ilk növbədə Amsterdamın meri, sonra isə Baş nazir olmaq istərdim.
- Ailənizdə, qohum əqrabanızda, nəslinizdə siyasətçilər olubmu?
- Nəslimdə dövrünün, indi də yadda qalan çox ciddi siyasətçiləri olub. Hələ birinci Azərbaycan Demokratik Respublikası dövründə, ana tərəfdən Sadıq bəy Ağabəyzadə-general mayor, şərqşünas, ADR-in Daxili İşlər Nazirinin müavini olub.
1993-2000-ci illər arası, Türkiyə Respublikasınin doqquzuncu prezidenti olmuş, Süleyman Dəmirəl ata tərəfdən babamın bibisi oğlu idi.O, müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş nazirl seçilmişdi. AMEA nın fəxri üzvü olmuşdur.
Amma mənim üçün Heydər Əliyev siyasət məktəbi mənim bünövrəm olub.
Heydər Əliyev mənim kumirimdir.
- Sonda Azərbaycan insanlarına nə söyləmək istərdiniz?
- Dünyadakı bütün soydaşlarıma, həmvətənlərimə uca səslə bildirmək istəyirəm ki, mən Azərbaycanı çox sevirəm və hər zaman, hər yerdə fəxr edirəm ki, Azərbaycanlıyam. Ağıllı, cəsur, istedadlı, gözəl həmvətənlərim var və onların dəstəyini həmişə ürəyimdə hiss etmişəm.
Əhatəli və maraqlı müsahibəniz üçün, ana vətəndən çox uzaqlarda, qorxmadan, çəkinmədən ölkəmizin haqq səsini ucaltdığınıza görə bir daha Sizə dərin təşəkkürlərimizi bildirir,Sizə gələcək işlərinizdə uğurlar arzulayırıq!
Müəllif İsgəndər Sərdarlı
visiontv.az