Fransa, Almaniya, İngiltərə və İranın yüksək rütbəli diplomatları nüvə danışıqlarının (Birgə Hərtərəfli Fəaliyyət Planı) bərpası imkanlarını müzakirə etmək üçün noyabrın sonunda Cenevrədə görüşüblər.
Bu barədə "Axios" yazıb.
Bu media qurumunun iddiasına görə, avropalı diplomatlar 2015-ci il nüvə sazişinin etibarsız olduğunu və yeni müqavilənin İranın nüvə proqramının hazırkı vəziyyəti ilə bağlı olduğunu bildiriblər.
Onlar həmçinin bəyan ediblər ki, yaya qədər razılıq əldə olunmasa, sanksiyaların “dərhal qaytarılması” prosesi başlayacaq.
Qeyd edək ki, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi yanvarın 1-də verdiyi açıqlamada İran və "Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların yeni raundunun yanvarın 13-də Cenevrədə keçiriləcəyini deyib.
visiontv.az