At gücü: Bu ifadə fiziki kəmiyyət olan gücün ölçüsüdür
07.04.2025

1 at gücünün elektriklə qarşılıqlığı 745.7 Vt-a bərabərdir.

Bu anlayış buxar maşınlarının istehsalından sonra yaranıb. O dövrdə mühəndislər buxar maşınların gücünü atlar ilə müqayisə edirdilər. Daha dəqiq desək, 1782-ci ildə şotland ixtiraçı Ceyms Uayt at gücünü texnikaya gətirib.

Bəs 1 at gücünün elektrik ekvivalenti ilə hazırda nə etmək mümkündür? Xeyli iş:

- əgər televizorunuzun sərfiyyatı 100 Vt-dırsa (42-46 düyməlik müasir Tv-lər adətən 1 saata 75-100 Vt enerji sərf edir), onda 7,5 saat fasiləsiz baxmaq imkanı əldə edə bilərsiniz;

- noutbukda 15 saata qədər işləyə bilərsiniz;

- smartfonunuzu 50-60 dəfə şarj edə bilərsiniz;

- A+ rejimli elektrik çaynikini 1 saata qədər qaynada bilərsiniz.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8