İranın ali rəhbəri Əli Xameneyinin Ərdəbildəki nümayəndəsi Həsən Amelinin göstərişi ilə Ərdəbildə keçirdikləri fitnəkar mərasimin sponsoru Mehdi Mədhət Ərdəbili adı hallanandan sonra Azərbaycan mediası və fəallarını təhdid edib.
Məlumatlı mənbələrin bildirdiyinə görə, Mehdi Mədhət bu toplantının keçirilməsinə görə 20 milyard tüməndən (47 min 527 $) artıq vəsait xərcləyib. Mehdi Mədhət Ərdəbili adının çəkildiyi materialın altında əxlaqsızcasına şərh yazıb və Azərbaycan mətbuatını da hədələyib.
Qeyd edək ki, Mehdi Mədhət Ərdəbili əvvəllər Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən çirkli pulların yuyulması, qaçaqmalçılıq və başqa cinayətkar əməllərinə görə həbs edilib, bir müddət sonra sərbəst buraxılıb.
visiontv.az