Azərbaycanın Göygöl şəhəri vaxtiylə Helenendorf adlanıb. Helenendorf 1819-cu ildə almanlar tərəfindən tikilib. Helenendorfu quran almanlar onu Rusiya çarının qızı Yelenanın, almanca Helenanın şərəfinə adlandırıblar, dorf almanca kənd deməkdir. Bu gün şəhərə gələn turistlər ən çox indi muzey olan Alman Luteran kilsəsini gəzib içindəki alman irsi barədə məlumatlar ilə tanış olurlar. Tursitlərin növbəti marşutu burda yaşamış son alman Viktor Kleinin evi olur.
Növbəti yer isə yerin səkkiz metr altında yerləşən və yeddi böyük zaldan ibarət olan yeraltı qədim şərabçılıq zirzəmisi olur.
1818-ci ildən Almaniya ərazisindən yüksək vergilər, ağır iqtisadi vəziyyət və müharibədən sonrakı çətin şəraitə görə, almanlar çar rusiyasının ərazilərinə, eləcə də Qafqaza köçüblər.
1941-ci ildə Almaniya-Sovet ittifaqı müharibəsi başlayanda Stalinin əmri ilə buradakı almanlar Sibirə, Qazaxstana və Orta Asiya Respublikalarına sürgün ediliblər.
Qurulanda Helenendorf adlanan yer, 1938-ci ildə Xanlar, 2008-ci ildən bəri isə Göygöl şəhəri adlanır.
Bir neçə yüz alman ailəsinin qurduğu şəhərin bu gün 30 mindən çox sakini var, amma əsas küçələrin memarlığı bu günə kimi qorunub, saxlanılıb.
visiontv.az