ADMİU-nun baş müəllimi vəfat etdi
13.04.2021

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi vəfat edib. Visiontv.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, Kulturologiya fakültəsi, “Sosial-siyasi elmlər” kafedrasının baş müəllimi Şöhrət Əhməd oğlu İsmayılov uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumub.

O, həmçinin, ADMİU-nun müəllimi, aktyor Ruslan İsmayılovun atasıdır.