ABŞ və Cənubi Koreya “Patriot” raketdən müdafiə sistemlərinin müvəqqəti olaraq Koreya yarımadasından Yaxın Şərqə daşınması barədə razılığa gəlib.
Məlumata görə, bu razılıqla Vaşinqton İrandan istənilən potensial cavab tədbirinə hazırlaşmaq üçün Yaxın Şərqdə müdafiə mövqelərini gücləndirir. Amerika qüvvələri ABŞ-nin regiondakı bazalarını qorumaq üçün əsas hərbi avadanlıqlarının yerini dəyişdirir.
Qeyd olunub ki, bu tədbirlər İranın nüvə proqramını dayandırmaq üçün birbaşa danışıqlara girməkdən imtina edəcəyi təqdirdə ABŞ-nin hərbi yolla cavab verə biləcəyi xəbərləri fonunda həyata keçirilir.
visiontv.az