ABŞ və İsrail bu həftə İranla bağlı danışıqlar aparacaq
24.03.2025

Yüksək səviyyəli İsrail nümayəndə heyətinin bu həftənin əvvəlində İranla bağlı strateji məsləhətləşmələr aparmaq üçün Ağ Evə getməsi planlaşdırılır. Bu barədə adları açıqlanmayan iki İsrail və bir Amerika rəsmisi “Axios” saytına bildirib.

İsrail nümayəndə heyətinin Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsun rəhbərlik etdiyi Amerika komandası, Dövlət Departamenti, Pentaqon və ABŞ kəşfiyyat nümayəndələri ilə görüşü gözlənilir.

Amerikanın rəsmisi bildirib ki, danışıqlarda əsasən İranın nüvə proqramı, İran və ABŞ arasında danışıqların mümkünlüyü müzakirə olunacaq.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8