"Sky News Arabia" məlumatına görə, ABŞ-nin Hodeyda əyalətinə endirdiyi zərbələr nəticəsində husilərə hərbi dəstək göstərən SEPAH-ın xüsusi təyinatlı qüvvələri olan "Əl-Qüds" döyüşçüləri arasında da ölənlər var.
Husilərə məxsus "Al Masirah" telekanalı isə xəbər verir ki, hücum nəticəsində bölgədə yerləşən metaləritmə zavodu da dağıdılıb. Mənbələr iddia edir ki, husilər həmin zavoddan hərbi məqsədlər üçün istifadə ediblər.
Pentaqonun açıqlamasına görə, ilk zərbə dalğası husilərin təlim yerləri də daxil olmaqla 30-dan çox obyekti hədəf alıb.
visiontv.az