“ABŞ-nin İrana qarşı təhdidləri qanunsuzdur”
04.04.2025

“Tasnim News” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin İrana qarşı təhdidlərini qanunsuz adlandırıb. Eyni zamanda, XİN sözçüsü İrana hücumun dünya üçün fəlakətli nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib.

“Moskva İranın nüvə proqramına qarşı istənilən hərbi əməliyyatı “qanunsuz və qəbuledilməz” hesab edir. İran bəyan edib ki, onun nüvə proqramı yalnız dinc məqsədlər daşıyır və nüvə silahı istehsal etmək niyyətində deyil”, - deyə, Zaxarova bildirib.

Qeyd edək ki, İranın nüvə proqramının “dinc məqsədlər” daşıdığı iddia edilsə də, Tehran uranın zənginləşdirilməsini 60% səviyyəsinə yüksəldib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8