ABŞ-da yanvarın 3-də işə başlayan ikipalatalı qanunverici orqan olan Konqresə seçkilər 2024-cü ilin noyabrında prezident seçkiləri ilə eyni vaxtda baş tutub. Respublikaçılar Partiyası hər iki palataya nəzarət edəcək.
Senatda Respublikaçılar 100 yerdən 53 yerə sahibdirlər, yəni bu,əksər qanunları irəli sürmək üçün lazım olan 60 səsdən azdır.
Respublikaçıların cüzi çoxluğa sahib olduğu Nümayəndələr Palatasında Demokratlar 215, Respublikaçılar исə 219 yerə malikdir.
63 yaşlı Cənubi Dakota ştatının nümayəndəsi Con Tun əksəriyyət lideri seçilib. On səkkiz il Senatda Respublikaçılar qrupuna rəhbərlik edən Mitç Makkonnell vəzifəsini tərk edir.
Palatanın sədri vitse-prezidentdir - bir neçə gün bu rolu Demokrat Kamala Harris yerinə yetirir, daha sonra onu Respublikaçı J.D.Vens əvəz edəcək.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sosial şəbəkədə Consonu dəstəklədiyini bildirib və onu “yaxşı, çalışqan və dindar insan” adlandırıb. Nəticədə Mayk Conson Nümayəndələr Palatasının sədri vəzifəsində qalmaq üçün kifayət qədər səs toplayıb.
Yeni prezidentin və Konqresin ilk 100 günü ənənəvi olaraq kampaniya zamanı vəd edilmiş əsas qanunvericiliyin təqdim edilməsi vaxtı hesab olunur.
visiontv.az