44 günlük Zəfərə həsr olunmuş "İlhamı Qələbələr" adlı festival davam edir
27.11.2021

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və BrendSport.az saytının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərə həsr olunan "İlhamı Qələbələr" adlı festival davam edir.

27 noyabr 2021-ci il tarixdə saat 14:00-da Olimpiya Stadionunun mini-futbol meydançasında festival çərçivəsində təşkil olunan mini-futbol turnirinin açılış mərasimi keçiriləcək.

Tədbirin Baş Sponsoru :
"AL Kaya" Fragrance Company .

Sponsorlar :
"Həyat Aptek" , " İslam Oğlu un məmulatları" , Skallezioni , "Suzan Baku Teksitil" , "Dubrar suları " və "Natural Hali Outlet" .

İnformasiya dəstəyi
Visiontv.az

Oyunlar olimpiya sistemi ilə (uduzan çıxır) davam edəcək. Turnirin yarımfinal oyunu 28 noyabr, final oyunu isə 29 noyabrda keçiriləcək.

Onu da qeyd edək ki, festivalın iştirakçıları qazilər, şou-biznes nümayəndələri, Olimpiya, Dünya, Avropa çempionları və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət komandalar olacaq.