4 şəhərdə 8 məhbus edam edildi
15.05.2025

Urmu, Kərəc, Şiraz və Qonabad şəhərlərinin həbsxanalarında 8 məhbus edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, edam edilənlər narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.

Şirazın Adilabad həbsxanasında edam edilənlərdən birinin Məhtab Əmiri adlı qadın olduğu bildirilib.

Bununlada son 25 gün ərzində İranda edam edilənlərin sayı 106-ə çatıb.

visiontv.az